waplog

Səudiyyə Ərəbistanında ilk onlyan bank yaradılacaq


Hazırda Səudiyyə Ərəbistanında onlayn bankçılıq xidmətləri təklif edən banklar fəaliyyət göstərir. Lakin indiyədək ölkədə sırf internet məkanında xidmətlər təklif edən maliyyə institutu olmayıb, halbuki digər ölkələrdə, məsələn, Çin, Almaniya və ABŞ-da oxşar xidmətlər artıq istifadəyə verilib.

Bəhreyn paytaxtında yerləşən "Gulf International Bank” bankı Səudiyyə Ərəbistanında ilk internet bankını istifadəyə verməyi planlaşdırır. Yeni maliyyə xidməti müştərilərə depozit yaratmağa, kredit götürməyə və onlayn rejimdə vəsaitlər köçürməyə imkan verəcək. Sistemə vəsaitlər daxil etmək və qəbzləri almaq ölkə üzrə yerləşdirilən avtomat xidmət köşkləri vasitəsilə mümkün olacaq.

Onlayn bankçılıq xidmətlərindən yalnız fiziki şəxslər yararlana biləcək. Müəssisə və şirkətlərə bir sıra əməliyyatları onlayn bankçılıq vasitəsilə həyata keçirən ənənəvi banklarda xidmət göstəriləcək.
“AT Kearney” şirkəti tərəfindən bu yaxınlarda keçirilən araşdırmadan məlum olub ki, İran körfəzi ətrafında internet bankçılığın yayılma səviyyəsinin aşağı olmasına baxmayaraq region yeni maliyyə xidmətlərinin tətbiqi üçün böyük potensiala malikdir.

İran körfəzi ölkələrində bank müştərilərinin yalnız 20 faizi onlayn bank hesabı açıb. Bu, Yaponiya, Cənubi Koreya və Skandinaviya ölkələri (internetdə açılan hesabların 70 faizi) ilə müqayisədə aşağı göstəricidir.
Bununla belə, İran körfəzi ölkələrində internetin nüfuzetmə səviyyəsi kifayət qədər yüksəkdir. Belə ki, Bəhreyndə bu göstərici 99, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 96, Qətərdə 95, Səudiyyə Ərəbistanında 66 faiz təşkil edir. Müqayisə üçün qeyd edək ki, ABŞ-da internetin nüfuzetmə səviyyəsi 87, Almaniyada 89, Böyük Britaniyada 90, Fransada 83 faizə bərabərdir, - "Payspacemagazine www.payspacemagazine.com” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL