waplog

“Bakı Metropoliteni”nin müdavimləri kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi sistemlərini öyrənir


“Bakı Metropoliteni” QSC-nin nəzdində yaradılmış təlim-tədris mərkəzinin ilk müdavimləri artıq Kanadanın Toronto şəhərindədirlər. 6 nəfərdən ibarət metropolitençi mütəxəssis heyəti Fransanın “Thales SA” şirkətlər qrupuna daxil olan “Thales Kanada”da 3 həftəlik təcrübə keçəcəklər.

Metropolitendən qeyd edilib ki, Fransanın “Thales SA” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq Bənövşəyi xəttə tətbiq ediləcək SCADA (supervisory control and data acquisition – dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (Communications-based train control - kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi məqsədilə ilk tədris “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində aparılmışdı.
 
Fransız mütəxəssislərin iştirakı ilə aparılan kurslar daha sonra İstanbulda davam etdirilmişdi. Türkiyədəki 3 həftəlik tədrisdən sonra metropolitençilər indiyə qədər yiyələndikləri təcrübələrinin Torontoda əyani tətbiqini həyata keçirəcəklər. Bununla da 3 mərhələdən ibarət tədris prosesi başa çatdırılacaq.
 
 
Kurslarda əldə edilən biliklərdən metropolitençi kadrların peşə hazırlığında, yeni texnologiyaların mənimsənilməsində istifadə olunacaq.
 
Tədris prosesini başa vuran mütəxəssislər aldığı bilikləri metropolitençi həmkarları ilə bölüşəcək, istehsalatda birbaşa vəzifələrini icra etməklə yanaşı, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında iştirak edəcəklər.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL