waplog

“Infipro Inc” şirkətinin maliyyə məsləhətləri “Aztelekom”a uğur qazandırır


“Aztelekom” İstehsalat Birliyi Rayon Telekommunikasiya Qovşaqlarının xidmət ərazisində genişzolaqlı internet istifadəçilərinin sayının artırılması layihəsinin icrasına başlayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, 2015-ci ilin sonunadək xidmətlərin tam istifadəyə verilməsini nəzərdə tutan layihənin həyata keçirilməsində “Infirpo Inc” korporativ maliyyə məsləhətçisi kimi çıxış edib. Belə ki, “Aztelekom” İstehsalat Birliyi və “Infipro Inc”-in birgə uğurlu əməkdaşlığı nəticəsində layihəyə xarici investisiya və ucuz maliyyə axını artıq təmin olunub.
Layihənin məqsədi regionlarda əhalinin informasiya resurslarından istifadə imkanlarının genişləndirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi, elektron xidmətlərin göstərilməsi üçün infrastrukturun genişləndirilməsi kimi prioritet məsələlərdir.

Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında, həmçinin, 47 şəhər və rayonda yeni nömrələr və port tutumunun quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiqlənən layihənin nəticəsində, regionlarda “Aztelekom” internet istifadəçilərinin sayının 60%-dən çox artırılması üçün texniki imkanın yaradılması və servislərin həcminin artırılması mümkün olacaq.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli rabitə operatoru olaraq, “Aztelekom” İstehsalat Birliyi fərdi, korporativ müştərilərə, rabitə operatorlarına, eləcə də digər istifadəçilərə rabitə və informasiya texnologiyaları üzrə müxtəlif xidmətlərini göstərir.

Birlik öz tabeliyində 57 yerli telekommunikasiya müəssisəsi, Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS), 5650 saylı obyekt və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL