Bank Olmayan Kredit Təşkilatı elektron arayışdan istifadəyə başlayıb
Artıq Bank Olmayan Kredit Təşkilatı “İdeal Kredit” MMC də öz fəaliyyətində elektron arayışdan istifadə edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, bununla əlaqədar olaraq MHM və “İdeal Kredit” BOKT arasında müqavilə bağlanıb.
Müqavilənin şərtlərinə əsasən, vətəndaşlar üçün “Elektron hökumət” portalı vasitəsi ilə iş yerindən arayışı və digər lazımi sənədləri formalaşdıraraq onlayn şəkildə cəmiyyətə göndərilməsinin təşkili həyata keçirilib.
Qeyd edək ki, hazırda portalın operatoru növbəti mərhələ kimi elektron arayışlardan istifadə sahələrinin genişləndirilməsi və müxtəlif istiqamətlər üzrə elektron arayışların verilməsi üçün işləri davam etdirir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL