“3G” ən çox tələb olunan mobil internet standartı olaraq qalır
“Global Web Index” analitik şirkəti tərəfindən keçirilən tədqiqatın nəticələrinə görə, mobil qurğu istifadəçilərinin 16 faizi smartfonun internet şəbəkəsinə qoşulması üçün “4G” rabitə standartının üstünlüklərindən istifadə edir.
Daha 16 faiz “Wi-Fi” şəbəkəsindən yararlandığı halda aktiv “3G” istifadəçilərinin göstəricisi 36 faiz təşkil edir. Bu məlumatlar dünya mobil trafik bazarından istifadənin vəziyyətini xarakterizə edir. Regionları ayrı-ayrılıqda müqayisə etsək, Asiya və Afrikada smartfon istifadəçilərinin 17 faizi “4G”-dən istifadə edir, Şimali Amerikada isə bu rabitə standartı daha geniş yayılaraq payı 36 faizə çatır. Avropada bu göstərici 12, Cənubi Amerikada 11 faizə bərabərdir.
“Global Web Index” mütəxəssisləri həmçinin istifadəçinin yaşından asılı olaraq sərf olunan trafikin həcmini müəyyən ediblər. Belə ki, “4G” bağlantısından istifadə edən qurğu sahiblərinin 19 faizini 25-34 yaş arasında olan istifadəçilər təşkil etdiyi halda 55-64 yaşlı insanlar “4G”-dən ümumi sayın 12 faizini istifadə edirlər. 41 923 istifadəçinin rəyinin soruşulduğu tədqiqat çərçivəsində onların mobil qurğular vasitəsilə internetdə hər gün orta hesabla 1,85 saat keçirməsi məlum olub. 2012-ci ildə bu göstərici 1,24 saat təşkil edib, - "4PDA” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL