Yuvenal ədliyyədə İKT-nin tətbiqi genişləndirilir
Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarına uyğun olaraq aparılan məhkəmə-hüquq islahatı çərçivəsində yuvenal ədliyyənin inkişafına xüsusi diqqət yetirilir.
Bu sahədə beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin Uşaq Fondu - YUNİSEF-lə sıx əməkdaşlıq edilərək 2008-ci ildən ölkəmizdə yuvenal ədliyyə islahatlarının dəstəklənməsi üçün hər il üzrə birgə fəaliyyət planları işlənilərək təsdiq olunur və uğurla həyata keçirilir. Səmərəli qarşılıqlı fəaliyyət nəticəsində yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, psixoloji aspektlərin nəzərə alınması, yeni yanaşmaların və müasir İKT-lərin tətbiqi, yuvenal ədliyyə sahəsində təlimlərin keçirilməsi və s. ilə bağlı tədbirlər görülüb, Bakı Ağır Cinayətlər Məhkəməsində bu kimi işlərə baxılması üçün pilot layihə qaydasında xüsusi hakim tərkibi müəyyən edilib, ayrıca məhkəmə zalı yaradılaraq müvafiq avadanlıqla təchiz olunub.
Ədliyyə Nazirliyindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, Fəaliyyət Planı çərçivəsində ədliyyəyə çatımlığın genişləndirilməsi, yuvenal ədliyyə prinsiplərinə dair məlumatlılıq səviyyəsinin artırılması və əlaqələndirmə prosesinin gücləndirilməsi, bu sahədə təlimlərin keçirilməsi, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları arasında bilik və bacarıqların öyrənilməsi üzrə sorğuların keçirilməsi və müxtəlif regionlarda uşaqlar, onların ailə üzvləri üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Həmin tədbirlərin davamı olaraq Ədliyyə Akademiyasında yeniyetmələrin cinayət işləri ilə məşğul olan hakimlər, prokurorlar və vəkillər üçün "Yuvenal ədliyyə" mövzusunda iki aylıq tədris kursu keçirilib. Kursa təcrübəli hakimlər, UNİCEF-in ekspertləri, Ədliyyə Nazirliyinin, o cümlədən Akademiyanın, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ombudsman Aparatının, Yetkinlik yaşına çatmayanlar üzrə müvafiq Komissiyanın məsul əməkdaşları mühazirəçi qismində cəlb olunublar.
Tədris zamanı yuvenal ədliyyənin anlayışı, tarixi və psixoloji əsasları, bu sahədə beynəlxalq standartlar, Azərbaycanda yuvenal ədliyyənin nəzəri və təcrübi problemləri barədə mühazirələr oxunub.
Həmçinin, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının profilaktikası, onlara münasibətdə cinayət təqibinin həyata keçirilməsinin xüsusiyyətləri və bərpaedici ədalət mühakiməsi, məhkəmə baxışının xüsusiyyətləri, yetkinlik yaşına çatmayanların əmək və mənzil hüquqları və digər mövzulara xüsusi diqqət yetirilib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL