“ITG”: “Apple Pay” artıq 2015-ci il yanvarın sonunda “Google Wallet”i qabaqlayacaq
“ITG Investment Research”in proqnozuna görə, “Apple Pay” auditoriyasının indiki artım tempi saxlanıldığı halda, artıq 2015-ci il yanvarın sonunadək “alma” şirkətinin ödəmə sisteminin bazar payı “Google”un ödəmə xidmətinin bazar payını qabaqlaya bilər.
“Apple Pay”, həmçinin “PayPal” ödəmə xidmətinə ciddi rəqib ola bilər.
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, analitik Stiv Vaynşteyn hesab edir ki, “PayPal”ın ödəmə kontragentləri ilə münasibəti mürəkkəbdir və “Apple Pay”da olduğu kimi istifadəçilərə təhlükəsizliyin təmini üçün biometrik sistem funksionalı təqdim olunmayıb. Bundan başqa, “Apple Pay”, həmçinin güclü brendin xidmətidir və istifadəsi sadədir.
“Apple Pay” ödəmə xidməti 20 oktyabr 2014-cü il tarixində ABŞ-da buraxılıb. Sözügedən xidmət “iPhone”un son modelinə və yeni “Apple Watch” qurğusuna quraşdırılıb. Yeni xidmət alıcılara kredit kartından istifadə etmədən smartfonun köməyi ilə mağazalardan məhsul satın almağa icazə verib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL