waplog

ABŞ istehsalçısı “Ericsson” şirkətini məhkəməyə verib


ABŞ-ın “Apple” korporasiyası "Ericsson” şirkətini onun “LTE” simsiz rabitə texnologiyaları sahəsindəki patentlərinin mobil rabitə sahəsi üzrə standartlar baxımından əhəmiyyət kəsb etməməsinə və İsveç istehsalçısının onlardan istifadəyə görə böyük məbləğ tələb etməsinə görə Kaliforniya Federal Məhkəməsinə verib.
 
ABŞ şirkəti bildirib ki, “Ericsson”un patent hüququnu pozmayıb və ona lisenziya ödənişləri üzrə borcu yoxdur.
 
“Apple” həmçinin “LTE” texnologiyalardan istifadəyə görə İsveçin telekommunikasiya avadanlıqları istehsalçısı tərəfindən təyin edilən ödənişin smartfon və ya planşetin qiymətindən faiz şəklində tutulmasını düzgün hesab etmir. "iPhone” yaradıcısı təkid edir ki, kompensasiyanın məbləği texnologiyanın tətbiq edildiyi prosessorun qiymətinə görə müəyyən edilməlidir.
 
“Təəssüflər olsun biz “Ericsson” ilə onun patentlərindən istifadəyə görə ödənişin məbləği ilə bağlı razılığa gələ bilmədik. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəldik”, - “Apple” nümayəndəsi Kristin Huqe deyib.  
 
“Ericsson” nümayəndələri məsələyə hələ ki münasibət bildirməyiblər, - "DailyComm” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL