waplog

2017-ci ildə ABŞ yollarında sürücüsüz avtomobillər istismara veriləcək


Sürücünün iştirakı olmadan hərəkət edə bilən avtomobillər artıq iki ildən sonra ABŞ-ın ictimai yollarında şütüyə bilər.
Bu barədə Detroytda keçirilən illik Şimali Amerika beynəlxalq avtomobil sərgisində “Google” şirkətinin bu növ nəqliyyat sistemlərinin yaradılması üçün lazım olan texnologiyaların hazırlanması üzrə bölməsinin rəhbəri Kris Urmson deyib.

Söhbətin iki və ya beş ildən getdiyini deyən K.Urmson qeyd edib ki, kompüterlərlə idarə olunan avtomobillər ilk vaxtlar sınaq rejimində istismar olunacaq və onlara hər ehtimala qarşı sürücü əyləşəcək. Şirkət nümayəndəsinin sözlərinə görə, avtomobillər bir müddət sonra kütləvi satışa çıxarılacaq.
Sınaqlar yol nişanlarında yazılanları ayırd edə bilən sensorların, eləcə də yolda yaranan vəziyyətə uyğun tez çıxış yolu tapan, digər maşınları və piyadaları identifikasiya edən proqram təminatının təkmilləşdirilməsi məqsədilə aparılacaq. "Google” sürücünün iştirakı olmadan hərəkət edə bilən nəqliyyat vasitələrinin sınaqları Kaliforniya ştatında keçirir.

Şirkət müvafiq işləri artıq uzun müddətdir aparır. 2014-cü ildə “Google” kompüter tərəfindən idarə olunan sükansız, pedalsız və əyləcsiz maşın prototipini təqdim edib. Detroyt avtosalonunda model nümayiş olunmayacaq, lakin onun sınaqlarının yaxın aylarda davam etdiriləcəyi gözlənilir.

K.Urmson onu da vurğulayıb ki, “Google” artıq bir sıra avtomobil istehsalçısı ilə danışıqlara başlayıb, - “TASS” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL