“Fujitsu” şirkəti “havada yazmağa” imkan verən “ağıllı” üzük təqdim edib
"Fujitsu" şirkəti "ağıllı" daşınan elektronika bazarını fəth etməyə qərar verib və istifadəçiyə "havada yazmağa" imkan verəcək elektron üzüyünü təqdim edib.
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, qurğu şəhadət barmağına bərkidilir və "Bluetooth" modulunun köməyi ilə smartfona birləşdirilir. Bundan sonra cihazın sahibinin havada çəkdiyi hərf və ya başqa simvolları üzük "tanıyacaq" və smartfona ötürəcək.
"Fujitsu" şirkətindən bildirilib ki, qurğunun tanıma dəqiqliyi 95 faiz təşkil edir. Yaradıcılar mövqeyin təyini üçün üzüyə akselerometr, "NFC" çipi və akkumulyator quraşdırılıb. Qurğunun çəkisi 10 qram təşkil edir.
"Pcworld.com" resursu yazıb ki, sözügedən həll texniki xidmət və təmirlə bağlı işlərdə çox faydalı olacaq. Onlar iş zamanı havada qeydlərini edə, həmçinin maket və cizgilərlə işləyəcək.
"Ağıllı üzük, həmçinin çox səs-küylü yerlərdə işləyən zaman faydalı ola bilər" – "Fujitsu"nun tədqiqatlar üzrə meneceri deyib.
İndi yapon şirkəti qurğunu sınaqdan keçirir və 2016-cı ilin aprelində üzüyün kütləvi buraxılışına başlamağı planlaşdırır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL