3 İT nəhəngi məhkəməyə verilib
Kanadanın patent lisenziyalaşdıran şirkəti “WiLan” “Apple”, “Hewlett-Packard”, “HTC”, “Dell”, “Novatel”, “Sierra Wireless” və digər şirkətlərə qarşı məhkəməyə iddia verib.
“WiLan” həmin şirkətlər qrupunu ona aid olan və simsiz şəbəkələr ilə bağlı patentlərə hüquqlarını pozmaqda ittiham edir.
Qeyd edək ki, “WiLan” şirkəti əvvəlcədən “WLAN” məhsulların istehsalı ilə məşğul olurdu, lakin hal-hazırda pulu yalnız patentlərin lisenziyalaşdırılması və məhkəmə iddialarının hesabına qazanır.
İddia Texas ştatının Şərq Dairə Məhkəməsinə verilib. “WiLan” şirkətindən bildiriblər ki, şirkət “CDMA”, “HSPA” mobil əlaqəsi, həmçinin “WiFi” və “LTE” texnologiyalarına aid olan 2 patentinin pozulması faktını aşkar edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL