Ən populyar brend hansıdır?
"YouGov BrandIndex" agentliyi ən populyar brendlərin reytinqinin yeni redaksiyasını hazırlayıb. 2014-cü ilin nəticəsinə görə, "Apple" şirkəti ilk onluğa geri qayıdıb.
"YouGov BrandIndex" ABŞ-ın təxminən 1,5 milyon həddi-buluğa çatmış sakini arasında keçirilmiş sorğunun nəticələrinə əsaslanaraq brendin bəyənilmə səviyyəsini ölçür. İnsanlar müəyyən brendlər haqda suallara cavab verib və son iki həftə ərzində şirkət haqqında eşitdikləri pis və yaxşı xəbərlər haqda danışıblar. +100-dən -100-dək qiymətləndirmə qoyulur.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2014-cü ildə "Apple" 22,6 bal toplayaraq siyahının altıncı pilləsində yerləşib. "iPhone" və "iPad" istehsalçısı "Amazon" (1-ci yer; 29,7 bal), "YouTube" (2-ci; 26,3) və "Samsung" (5-ci; 24,6) kimi texnologiya brendlərindən geri qalıb. "Google" korporasiyası siyahının 7-ci pilləsində qərarlaşıb.
"YouGov BrandIndex" şirkətinin direktoru Ted Marzili deyib ki, statistika nöqteyi-nəzərindən 1 faiz fərq belə əhəmiyyətlidir. "Amma biz 1500 brendi izləyirik, ona görə bilmək lazımdır ki, top-10 bazarın "qaymağıdır" – o deyib.
İki il əvvəl "YouGov BrandIndex"in versiyasına görə, "Apple" şirkəti on ən populyar brend sırasında yer almayıb, 2011-ci ildə şirkət 10-cu yeri tutub.
Marzili deyib ki, "Apple"ın müsbət nüfuzunu əsasən şirkətin fanatları təmin edir. Həmçinin "alma" şirkətini tənqid edənlər də az deyil.
Məsələn, ekspertlər bildiriblər ki, sorğu nəticəsində məlum olub ki, istifadəçilər "iOS 8.0.1" proqram yeniləməsi və "iCloud"un hər bir hesabında "U2" qrupunun pulsuz musiqi albomunun olmasından narazıdırlar. "iPhone 6" və "iPhone 6 Plus" smartfonları sayəsində "Apple" müsbət rəy alıb.
İnsanların bir çoxu "Google" şirkətinin öz xidmətlərini ödənişsiz təklif etməsini bəyənir, amma bəzi istifadəçilər şəxsi informasiyanın toplanılmasından şikayətlənib.
İT sahəsində "Microsoft"un öz rəqiblərindən xeyli geri qalmasını qeyd etmək lazımdır. 2014-cü ildə proqram nəhəngi "YouGov BrandIndex" reytinqində 121-ci pillədə yerləşib ki, bu da 2013-cü illə müqayisədə 21 pillə yuxarıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL