Almaniyada “HP Security Operations” mərkəzi istifadəyə verilib
ABŞ-ın “HP” şirkəti Almaniyada vəzifəsi şirkətlərə kibercinayətkarlıqla mübarizədə yardım etməkdən ibarət olan yeni “HP Security Operations” adlı mərkəz açıb.
Mərkəz müasir kibertəhdidlərdən və Almaniya qanunvericiliyinin tələblərindən yaxşı xəbərdar olan mütəxəssislər ilə komplektləşdiriləcək. Təşkilat istifadəçilərə alman dilində sutkalıq texniki dəstək təklif edəcək, mərkəzin bütün məlumatları isə fiziki baxımdan Almaniyada yerləşəcək.
“HP Security Operations” mərkəzləri müəssisələrə uzunmüddətli perspektivdə təhdidlərdən mühafizəni təmin etməyə və mümkün hücumların təsirini azaltmağa kömək edir.
Həmçinin Almaniyadakı “HP Security Operations Center” lokal “SIEM” (Security Information and Event Management) mərkəzi kimi fəaliyyət göstərəcək və daha effektiv monitorinq və təhdidlərə reaksiya üçün məlumatların toplanması, saxlanması və normallaşdırılmasına məsul olacaq.
Bundan başqa, "HP Security Operations” müntəzəm investisiyalar yatırılmadan idarə olunan qabaqcıl şəbəkələrarası ekran texnologiyasına çıxışa imkan yaradacaq, “HP TippingPoint Intrusion Prevention System” (IPS) proqram təminatı isə korporativ şəbəkələrin müdaxilələrdən və zərərli şəbəkə trafikindən avtomatik mühafizəsini təmin edəcək, - “CNews” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL