İnternet şirkəti eynək istehsalını dayandıracaq
“Google” internet şirkəti "Google Glass” “ağıllı” eynəyinin hazırkı versiyasının istehsalının dayandırılması barədə qərar qəbul edib.
Belə ki, şirkət biznesini yenidən quraraq 2015-ci ildə qurğunun yeni versiyasını buraxmağı planlaşdırır. Eynək istehsalına “Google”un ötən il satın aldığı “Nest” şirkətinin baş direktoru Toni Fadell rəhbərlik edəcək.
Strukturun yenidən təşkil edilməsi ilə bağlı xəbərin yayılması şirkətin səhmlərinin dəyərinə təsir etməyib.
Bundan əvvəl "Google Glass”ın növbəti versiyasının "Intel” mikroprosessorundan istifadə edəcəyi və texnologiyanın daha tutumlu batareya ilə təchiz olunacağı bildirilib.
Qeyd edək ki, ilk dəfə 2012-ci ildə təqdim edilən “Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.
Qurğu “Wi-Fi” və “Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. “Bluetooth”un köməyi ilə “Glass”ın smartfonla birlikdə işləməsi mümkün olur, - "Lenta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL