waplog

“Xiaomi” şirkəti yeni “Mi Note” smartfonunu nümayiş etdirib


Çinin “Xiaomi” şirkəti yeni “Mi Note” və “Mi Note Pro” smartfonlarını nümayiş etdirib.

"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, qurğunun qalınlığı 6,95 mm, ekranın diaqonalı 5,7 mm-dir. Yeni smartfon “Snapdragon 801” prosessoru və 3 QB əməli yaddaş (“Mi Note Pro” smartfonunda “Snapdragon 810” prosessoru və 4 QB əməli yaddaş) təchiz edilib. Smartfon hər iki tərəfdən bükük şüşə panellə örtülüb. Qurğunun çəkisi 161 qramdır.

“Mi Note” smartfonunun satış qiyməti 370 dollar (2299 yuan), “Mi Note Pro”da isə 520 dollar (3299 yuan) olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL