“ITE – Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi könüllülər toplayır
“ITE – Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi təhsil islahatlarının tərkib hissəsi kimi məktəblərdə pedaqoji heyət üçün təşkil olunan təlimlərin icrasını həyata keçirən təhsil mərkəzi olaraq könüllü çalışa biləcək şəxsləri əməkdaşlığa dəvət edir.
Xüsusən pedaqoji universitetin sonuncu kurs tələbələrinin və ya pedaqoji təcrübəyə malik könüllülük fəaliyyəti göstərmək istəyənlərə yönələn bu əməkdaşlığın sonunda könüllülər təcrübə qazanmaqla bərabər digər şirkətlərdə işləmək üçün tövsiyə məktubu əldə edə biləcəklər.
“Mədəd Azərbaycan” təşkilatından qeyd edilib ki, CV-lərin qəbulu yanvarın 31-nə qədər davam edəcək: “Mərkəzdə könüllü kimi fəaliyyət göstərən gənclərin hər birinə “ITE – Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi tərəfindən müsbət xasiyyətnamə veriləcək ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaq.
Əsas öhdəliklərə gəlincə, buraya müxtəlif layihələr üzrə təlimçilərlə əlaqə qurmaq, bitmiş təlimlərin elektron davamiyyət formalarının və hesabatlarının təlimçilərdən yığılması və layihə rəhbərinə təqdim edilməsi, təlim mərkəzləri üzrə təlim materiallarının hazırlanması və digər tapşırıqları yerinə yetirmək daxildir. Tələblər sırasında intizamlılıq, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq, kompüter bacarığı, pedaqoji təhsil, dil bilikləri, o cümlədən kompüter biliyi, internet, “Microsoft Office” proqramları ilə çalışmaq bacarığı və s. yer alıb”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL