waplog

Elektron Hökumət Portalının operatoru "Bax, istifadə et və yarat!" adlı mobil əlavələrin hazırlanması müsabiqəsi elan edir


Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi  Startup Azərbaycan 2015  layihəsi çərçivəsində data.gov.az portalının Açıq Məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı  mobil əlavələrin hazırlanması müsabiqəsini elan edir.


İKT mütəxəssisləri, startupçılar, tələbələr və s.  üçün nəzərdə tutulan  və cari ilin  1 fevral tarixindən  başlanacaq  müsabiqəyə qatılmaq üçün Açıq Məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim etmək lazımdır. Bu müsabiqə hər il keçirilən ümumi Startup Azərbaycan 2015 layihəsi çərçivəsində "E-gov mobil tətbiqlər"  istiqaməti üzrə həyata keçirilir.
 

Açıq Məlumat azad şəkildə heç bir məhdudiyyət qoyulmadan, istənilən şəxs tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlardır. İctimai əhəmiyyət daşıyan bu məlumatlardan, heç bir patent, lisenziya, icazə və məhdudiyyət olmadan, istifadəçilər istənilən vaxt istənilən formada yararlana bilər. Məlumatlar proqram təminatlarının yaradılmasında istifadə edilə bilən formatda olmalı və əməliyyat sistemləri tərəfindən oxuna bilinməlidir. Açıq Hökumət məlumatları ictimai xarakter daşıyan məlumatların məs, iqtisadi inkişaf statistikası, hava praqnozu, yağmur xəritəsi, seymsmik zonalar xəritəsi, poçt məntəqələri, taksafon aparatları məntəqələri, nəğd ödəniş terminalları, rabitə tarifləri, şəhərlərarası və beynəlxalq kodlar və s. vətəndaşların istifadəsinə verilir. İstənilən vətəndaş (proqramist və s.) bu məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli  mobil proqramlar yaradıb müsabiqəyə təqdim edə bilər.
 

Müsabiqənin  tələbləri:

 

Müsabiqəyə təqdim ediləcək mobil əlavələrin hazırlanması üçün www.data.gov.az portalına daxil olmaqla açıq məlumatlar siyahısından istifadə etmək mütləqdir.
 

Startup Azərbaycan 2015 çərçivəsində keçirilən müsabiqəyə 01 fevral  tarixdən start veriləcək. Startup layihələrin qeydiyyat müddəti  www.startup.az resursunda mart ayının sonunadək davam edəcək.

 

"E-gov mobil tətbiqlər" nominasiyası üzrə müsabiqənin mükafat fondu:
 

1-ci   yer  - 2000 manat                                                

2-ci  yer  -  1000 manat    

3-cü yer     500 manat             
        

Müsabiqənin nəticələri üzrə təqdimat mərasiminin may ayının sonunda keçirilməsi planlaşdırılır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL