waplog

ABŞ-da sərnişindaşımaları üçün səsdən sürətli boru treki inşa olunacaq


Məşhur ABŞ sahibkarı - "Tesla Motors" elektromobil istehsalı şirkətinin və "SpaceX" kosmik korporasiyasının təsisçisi Elon Mask ABŞ-da sərnişinlərin daşınması üçün səsdən sürətli boru treki (Hyperloop sınaq kompleksi) tikmək niyyətində olduğunu deyib.  

İş adamının ilk dəfə 2013-cü ilin avqustunda məlumat verdiyi "Hyperloop" sərnişinlərin kapsullarla hərəkət etdiyi borular sistemidir. Kapsulların hərəkət sürəti 800 km/saata çatır.

Sürətli nəqliyyat sisteminin Los-Anceles və San-Fransiskonu birləşdirəcəyi gözlənilir. Trek bu məsafəni cəmi 35 dəqiqəyə qət etməyə imkan verəcək. E.Maskın qiymətləndirməsinə görə, uzunluğu 400 mil (560 km-dən çox) təşkil edəcək trekin inşası üçün 10 milyard dollara yaxın vəsait tələb olunacaq.

Kanada-ABŞ mühəndisi və investoru olan 43 yaşlı E.Maskın sərvətinin dəyəri 9,6 milyard dollar qiymətləndirilir, - "Lenta" yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL