Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş bütün e-xidmətləri saytında yerləşdirib
“Elektron hökumət” bülleteninin yanvar buraxılışında “Elektron hökumət” portalında (e-gov.az) olan e-xidmətlərin Azərbaycan Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı ilə müqayisəli təhlili aparılıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu siyahıda digər dövlət qurumları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də 16 xidməti yer alıb. Siyahıya RYTN-in “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsi üçün xüsusi icazə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Nömrə resurslarının ayrılması üçün müraciətin və sənədlərin qəbulu”, “Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Telefon çəkilişi, nömrənin dəyişdirilməsi və addan-ada keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Telefon servis xidmətlərinə qoşulma üçün müraciətin və sənədlərin qəbulu”, “İnternet xidmətlərinə qoşulma üçün müraciətin və sənədlərin qəbulu”, “Telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Radiorabitə vasitələrinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Rabitə xidmət haqlarının internet vasitəsilə ödənilməsi”, “Rabitə və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə öyrənilməsi”, “Şəhərlərarası və beynəlxalq danışıq qəbzləri (danışıqların açıqlamaları) barədə məlumatın verilməsi”, “Poçt göndərişlərinin izlənilməsi”, “Dövri mətbuata internet-abunə” və “Elektron imzanın verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri daxildir.
RYTN-in təsdiq olunmuş 16 elektron xidmətindən 15-i “Elektron hökumət” portalında yerləşdirilib.
Ümumilikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 34 elektron xidməti portal üzərindən istifadə olunur.
RYTN-in rəsmi internet səhifəsində (mincom.gov.az) isə 27 elektron xidmət istifadədədir. Nazirliyin Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısında olan 16 xidməti saytda yerləşdirilən 27 xidmət sırasında yer alır.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL