waplog

Mobil sənaye 2014-cü ildə 3.3 trilyon dollar qazanıb və 11 milyon iş yeri yaradıb


Yeni tədqiqata əsasən, ötən il mobil sənaye 3.3 trilyon dollar qazanıb. Bu, o deməkdir ki, hər bir kişi, qadın və uşağa 400 dollardan çox düşür.

“The Boston Consulting Group” (BCG) şirkətinin məlumatına görə, dünyada 25 ən uğurlu şirkətdən 6-sı mobil texnologiyalar sahəsində qazanır: “Apple”, “Google”, “China Mobile”, “Alibaba”, “Facebook” və “Verizon”.

"ICTnews" elektron xəbər xidməti “apptractor.ru” saytına istinadən bildirir ki, bu halda mobil texnologiyalar inkişaf edən ölkələrlə müqayisədə inkişaf etməkdə olan ölkələrdə insanların həyatını daha çox dəyişdirir.
Mobil texnologiyalar çoxlu iş yerlərinin yaranmasına səbəb olub: “BCG” tərəfindən araşdırılmış 6 ölkədə (ABŞ, Almaniya, Çin, Cənubi Koreya, Braziliya və Hindistan) 11 milyon iş yeri yaradıb.

İş yerlərinin yaradılması və gəlir əldə edilməsi hər bir ölkə üçün fərqlidir. Məsələn, “BCG” Çində “Alipay” xidmətinin xüsusi rolu var. Sözügedən servis müştərilərə yerləşdiyi ərazidən asılı olmayaraq alış-verişin pulunu ödəməyə imkan verir. “BCG”-nin hesablamalarına görə, ötən il “Alipay” vasitəsilə 500 milyard dollardan çox ödəniş edilib.


Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL