waplog

Azərbaycanın elektron Külək Kadastrı hazırlanır


Azərbaycan Sənaye Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkədə Külək Kadastrının hazırlanmasına başlayıb. Bunu Agentliyin direktor müavini Cəmil Məlikov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə hazırda ölkə ərazisinin 21 məntəqəsində ölçü-müşahidə stansiyaları qurulur ki, bunun məqsədi küləyin potensialını öyrənməkdir: «Bu gün küləyin potensialını öyrənmək üçün 80 metr hündürlükdə küləyin sürətini, istiqamətini və davamlılığını müəyyən etmək lazımdır və Agentlik bu istiqamətdə işləri davam etdirir.

Böyük məlumat bazası formalaşdırılır və bu məlumat bazasında elektron xəritələr, kadastrlar və s. öz əksini tapacaq. Nəticədə, ölkədə külək stansiyalarının quraşdırılması yerləri optimal yollarla seçiləcək».

C.Məlikov onu da bildirib ki, hər hansı bir ərazidə güclü küləyin əsməsi həmin ərazidə elektrik stansiyanın tikintisinə əsas vermir.

Belə ki, bu işdə müəyyən parametrlər, optimallaşdırma metodları var: «Çalışmalıyıq ki, bu sahənin elmi və metodoloji əsaslarından istifadə edək və bu sahəyə investisiyanın yatırılması həmin maliyyə vəsaitinin geri qaytarılmasını təmin etməlidir».

Qeyd edək ki, hazırda Azərbaycanın bir sıra bölgələrində külək elektrik stansiyalarının tikintisinə başlanılıb, bəziləri isə artıq istifadəyə verilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL