waplog

Azərbaycanda 14 dövlət qurumunun təsdiq edilmiş bütün e-xidmətləri “Elektron hökumət” portalında və öz saytlarında əlçatandır


"Elektron hökumət" bülleteninin yanvar buraxılışında "Elektron hökumət" portalında olan e-xidmətlərin Azərbaycan Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı ilə müqayisəli təhlili aparılıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, artıq bir neçə dövlət qurumunun siyahıda göstərilən bütün elektron xidmətlərindən "Elektron hökumət" portalı və öz internet səhifələri vasitəsilə istifadə etmək mümkündür.
 
Bu qurumlar  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi,  Müdafiə Sənayesi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası,  Müəllif Hüquqları Agentliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Dəniz Administrasiyasıdır.
 
Onu da qeyd etmək lazımdır ki, siyahıda göstərilən bütün elektron xidmətləri "Elektron hökumət" portalında və öz internet səhifələrində əlçatan olan dövlət qurumlarının əksəriyyəti (Müdafiə Sənayesi Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Statistika Komitəsi, Müəllif Hüquqları Agentliyi) az sayda e-xidmətə malik qurumlardır.
 
Bu qurumlar arasında ən çox elektron xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi göstərir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL