İT sahəsində ən yaxşı icraçı direktor kimdir?
"Apple"ın baş direktoru Tim Kuk bəzi investorlar tərəfindən tənqid edilsə də, korporasiyanın əməkdaşları arasında ona etibar son dərəcə yüksəkdir.
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, "UBS Evidence Lab" tədqiqat agentliyi ABŞ-ın nəhəng şirkətlərinin işçiləri arasında sorğu keçirərək müəssisə rəhbərlərinin idarəçiliyini qiymətləndirib. Onlara biznesin inkişaf perspektivi, mədəniyyət və dəyərlərə, həmçinin onların rəhbərə münasibəti ilə bağlı suallar verilib. Cavablar nəticəsində ən yaxşı icraçı direktorların reytinqi tərtib edilib.
"Apple", "IBM", "Hewlett-Packard", "NetApp", "Cognizant", "EMC" və "Accenture" şirkətlərinin işçiləri tədqiqatda iştirak ediblər.
Nəticələrə əsasən, Kaliforniya nəhəngi bütün kateqoriyalar üzrə liderdir. "Apple"ın əməkdaşları korporasiyanın baş direktoru Tim Kukun işini xüsusilə yüksək qiymətləndiriblər.
Onlar əmindirlər ki, Kukun rəhbərliyi altında şirkəti işıqlı gələcək gözləyir.
"Apple"ın rekord maliyyə göstəriciləri Tim Kukun populyarlığının səbəblərindən biri ola bilər. Onun rəhbərliyi dövründə şirkət "iPhone" və "iPad" qurğularının bir neçə nəslini, "Apple Pay" ödəmə xidmətini bazara çıxarıb, "Apple Watch" smart saatını elan edib. Nəhayət, Tim Kuk xeyriyyəçilik proqramını işə salıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL