Bibliometrik xəritələrin tərtibatına başlanılıb
AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) mütəxəssisləri bibliometrik xəritələrin tərtibatına başlayıblar.
Sözügedən xəritələrin tərtib olunmasının əsas məqsədi konkret istiqamət üzrə elmi ədəbiyyatın icmalının vizual təsvirinin yaradılmasıdır. Bibliometrik xəritələrin qurulması obyektlərin seçilməsi, obyektlərarası münasibətlərin ölçülməsi, münasibətlərin qiymətlərinin normallaşdırılması, xəritələrin tərtib olunması və nümayişi mərhələlərindən ibarətdir.
Bu barədə məlumat verən institutdan bildirilib ki, bibliometrik xəritələrin hazırlanmasının metodoloji əsasları İTİ-nin sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova tərəfindən aparılır. N.İsmayılova qeyd edib ki, bibliometrik xəritələr verilmiş elmi istiqamətin ən aparıcı mövzularını müəyyənləşdirməyə və bu mövzuların bir-biri ilə əlaqələndirilmə formaları və nəzərdən keçirilən elmi istiqamətin müəyyən müddət ərzində inkişaf dinamikasını aydınlaşdırmağa imkan verir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL