waplog

Turbo-paketləri aktivləşdirən hər bir “Nar” abunəçisi “Əli və Nino” kitab dükanlarından endirimlər qazanacaq


“Nar Mobile” elm və təhsilə, mədəniyyət və maariflənməyə xüsusi diqqət yetirməyə davam edir.  Mobil operator korporativ sosial məsuliyyətini dərk edərək, öz abunəçilərinin – ölkə vətəndaşlarının intellektual səviyyəsinin artırılması və maariflənmənin inkişafına nail olmaq üçün əlindən gələni əsirgəmir.
 
 
“Nar Mobile”-ın istifadəçilər üçün təqdim etdiyi daha bir mükəmməl fürsət bu əzmkarlığın təzahürüdür.   Kitaba olan sevgini artırmaq, ona dəyər qazandırmaq üçün məhz “Əli və Nino” kitab mağazaları şəbəkəsi ilə əməkdaşlığa başlayan “Nar Mobile”, abunəçilərə daha bir fürsət tanıtmaqla bu tərəfdaşlığa uğurlu start verdi. Bu yeni imkana əsasən, artıq öz telefon və ya planşetində turbo-paketləri aktivləşdirən hər bir “Nar” abunəçisi “Əli və Nino” kitab mağazaları şəbəkəsindən endirimlər qazana biləcək.
 
 
Bu minvalla, “Turbo S” paketini aktivləşdirən abunəçi 25%, “Turbo M” paketini aktiv edən istifadəçi 30%, “Turbo L” paketini aktivləşdirənlər isə 40% endirim əldə edəcəklər. Endirimdən yararlanmaq üçün aktivləşdirmə SMS-ni “Əli və Nino” kitab dükanlarındakı satış məsləhətçisinə təqdim etmək yetərlidir. 
 
RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL