waplog

Çin şirkəti “selfi” həvəskarları üçün ucuz smartfonunu nümayiş etdirib


Mobil telefon kamerası ilə avtoportretlərinin yaradılması üzrə populyar trendə uyğun Çinin "ZTE" şirkəti 5 meqapiksellik ön fotomodulla təchiz edilmiş ucuz smartfonunu hazırlayıb.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "ZTE Blade V2" adlı yeni qurğu 1,2 QHs takt tezlikli dörd hesablama nüvəsinə malik 64 bitlik "Qualcomm Snapdragon 410" prosessoru və 1 QB əməli yaddaşla təchiz edilib. Daxili fləş daşıyıcının həcmi 8 QB təşkil edir. Əlavə rəqəmli məzmunu "microSD" çıxarılıb taxılan daşıyıcılarında yadda saxlamaq olar.

Aparat 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekranla təchiz edilib. Çin istehsalçısı əsas kamera üçün işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik təsvir ötürücüsü, ön kamera üçün 5 meqapiksellik matrisdən və jestlərin köməyi ilə çəkilişi idarəetmə funksiyasından istifadə edib.

Cihazın elektron içliyi 2400 milliamper/saat tutumunda akkumulyator batareyası ilə enerji toplayır. Smartfon "LTE" şəbəkəsində işləyəcək.

"ZTE Blade V2" smartfonunun satış qiyməti, həmçinin satış tarixi açıqlanmayıb.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL