waplog

Daktiloskopik ötürücülər bazarında birləşmə prosesinə başlanılıb


“DigiTimes”in analitikləri yazır ki, dünyada barmaq izinin skan edilməsi üçün ötürücülər istehsal edən 40-dan çox şirkət var. Bu istehsalçılar arasında rəqabət gücləndiyindən daktiloskopik ötürücülərin satış qiyməti aşağı düşəcək.

Gözləntilərə görə, 2015-ci ilin ikinci yarısında “Synaptics”, “Elan”, “FocalTech” və “Egis Technology” şirkətləri yeni növ ötürücülər təqdim edəcək. Nəticədə daktiloskopik ötürücülərin satış qiyməti azalaraq 5 ABŞ dollarından aşağı olacaq. Mənbələrin məlumatına görə, hazırda bu cür həllərin orta satış qiyməti 7-8 dollar təşkil edir.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bəzi istehsalçılar mürəkkəb vəziyyətlə əlaqədar bazarı tərk edə bilər, başqaları daha böyük istehsalçılarla birləşməyə çalışacaq. Birləşmə prosesi artıq başlanıb: “Elan Microelectronics” və “Startek Engineering”, “FocalTech” və “Image Match Design” (IMD) kimi daktiloskopik ötürücü tədarükçüləri strateji əməkdaşlıq elan ediblər.

Bir çox smartfonlar barmaq izi ötürücüsü ilə təchiz edilib. Bu texnologiyanın ən müasir variantına (cihaz sahibinin identifikasiyası üçün ötürücüyə toxunmaq kifayətdir) “Huawei Ascend Mate 7”, “iPhone 5S”, “6” və “6 Plus” kimi modellərdə rast gəlinir.

“IHS” analitikləri daktiloskopik ötürücülər bazarının dörd dəfə artımını proqnozlaşdırır. 2020-ci ilədək bu bazarın həcmi 1,7 milyard ABŞ dollarını ötəcək və belə ötürücülərlə təchiz edilmiş smartfon və planşetlərin tədarükü 1,4 milyarda çatacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL