“HoloLens” əlavə reallıq eynəyi təqdim olunub
ABŞ-ın "Microsoft" korporasiyası "HoloLens" əlavə reallıq eynəyini təqdim edib. Bu barədə korporasiyanın təqdimatında "Kinect" oyun kontrollerinin tərtibatçılarından biri Aleks Kipmen məlumat verib.
Xarici görünüşünə görə dağ xizək idmanı üçün eynəyi xatırladan "Hololens" qurğusunun şüşəsi yarımşəffaf ekrandır və ətraf mühit obyektlərini rəqəmli qrafika ilə çəkir. Eynəkdə "Windows 10" əməliyyat sisteminə inteqrasiya olunan yeni "Microsoft Holographic" virtual reallıq texnologiyası quraşdırılıb.
"Microsoft" nümayəndələrinin sözlərinə görə, "Hololens" müxtəlif kontekstlərdə - istifadəçidən (oyunlar, Skype, videoya baxmaq) tutmuş, peşəkar (HoloStudio əlavəsi ilə 3D layihələndirmə, birgə iş) kontekstlərədək istifadə etmək mümkündür.
Eynək tam avtonom işləyir, smartfona və ya planşet kompüterə qoşulmanı tələb etmir. Quraşdırılmış kamera və sensorlar istifadəçinin başının vəziyyətini izləməyə və virtual obyektlərlə əlaqəni simulyasiya etməyə imkan verir. Qurğu həmçinin prosessor və qrafika emalı modulu ilə təchiz edilib.
Qurğunun qiyməti və bazara çıxarılma müddəti barədə məlumat verilmir, - "Lenta" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL