waplog

Bakı Regional Peşə Tədris Mərkəzində kompüterlə bağlı peşə hazırlığı aparılacaq


Yenidənqurma işlərindən sonra təkrar fəaliyyətə başlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində kompüter mühasibatlığı (1C proqramı üzrə), kompüter texnikasının təmiri, ingilis dili, elektrik və digər sahələr üzrə peşə-ixtisas təlimi keçiriləcək.

Bununla bağlı tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əmək potensialının iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasının Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf konsepsiyasının vacib elementlərindən olduğunu diqqətə çatdırıb:
 
“Son bir il ərzində 3786 nəfər işsiz və işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunub. Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində  Bakı və Göyçaydakı həmin  mərkəzlərin  maddi-texniki bazasının gücləndirilməsi işləri aparılıb. Əgər ötən il Bakı Regional Peşə Tədris Mərkəzində  1228 nəfər peşə hazırlığına cəlb edilibsə, bundan sonra burada ildə 2 minədək şəxsin peşə hazırlığı mümkün olacaq”.
 
 
Nazirlikdən qeyd edilib ki, hazırda Dövlət Məşğulluq Xidməti tərəfindən 86 ənənəvi və 58 modul təlim proqramları üzrə peşə hazırlığı kursları təşkil olunur. Ölkədə peşə hazırlığı sisteminin regionlar üzrə genişləndirilməsi, həmçinin bölgələrdə kadr hazırlığının çevik və daha səmərəli proqramlar əsasında təşkili məqsədilə “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində Gəncə şəhərində də müasir tipli Peşə Tədris Mərkəzinin yaradılması nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL