“Apple” gözlərin izlənməsi və vizual nəzarət qurğusunu patentləşdirib
“Apple” şirkəti gözlərin izlənməsi və vizual nəzarət qurğusunu təsvir edən və kompüterlərin istifadəçi interfeysi elementlərində istifadə edilən patent alıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, izləmə nəzarətinin əsasında vizual effektlərin neytrallaşdırılması üsulu daxil edilib, hansı ki, insan müəyyən yerə uzun müddət baxdıqda baş verir və bunun nəticəsində bəzi elementlər tamamilə ekrandan qeyb ola bilərlər.
Patent “Mac” və “IOS” aparatlarının kameralardan göz hərəkətlərinin izlənməsi üçün istifadəsini, sonra isə ekrandakı elementlərlə kursor kimi bağlanmasını nəzərdə tutur. Kursor istifadəçinin baxışını izləyəcək və göz hərəkətlərini ekranın aktivliyinə ötürəcək. Patentin əsas məqsədi bu sistemin xüsusiyyətlərinin təsvirindən ibarət deyil, çünki bu, “Troll effekti”nə qarşı mübarizə kimi birbaşa hədəfin konkretləşdirilməsi üçündür, hansı ki, istifadəçi uzun müddət ekrana baxmadıqda kursorun və bəzi digər elementlərin itməsinə səbəb ola bilər.
İzləmə sisteminin interfeysi “Mac” və “IOS” qurğularının əlçatımlığı sayəsində böyük üstünlüyə malik ola bilər və bu qurğular əl və barmaq istifadəsi məhdud olan istifadəçilər üçün kompüterdən istifadəni asanlaşdıra bilər. Bu, həmçinin əllər ekranda digər funksiyalarla və ya aksessuarlarla məşğul olduğu zaman yardımçı nəzarət üçün innovativ funksiya ola bilər. Gələcəkdə bu sistem “Apple TV”-də istifadə edilə bilər, “Mac” istehsalçıları ötən il “Microsoft” üçün “Kinect”i yaratmağa kömək edən “PrimeSense” alıb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL