Azərbaycanda onlayn sığorta sisteminin tətbiqinə başlanılır
Azərbaycanda Maliyyə Nazirliyinin təsdiqlədiyi “2015-2017-ci illərdə sığorta bazarının inkişafı üzrə Tədbirlər Planı”na uyğun olaraq onlayn sığorta sisteminin tətbiqinə başlanılır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Maliyyə Nazirliyinin lisenziyalaşdırma, ərizə və şikayət şöbəsinin rəisi Mahir Abdullayev bugünkü mətbuat konfransında bildirib ki, hazırda Azərbaycanda məcburi sığorta növlərinin inkişafı məsələsi gündəmdədir və sığorta polislərinin onlayn almaq imkanını təqdim edən sistemin tətbiqi bu sahədə yeniliklərdən biri olacaq.
“Bununla bağlı “Məcburi sığorta növləri haqda” qanuna müvafiq dəyişikliklərin və əlavələrin hazırlanması, həmçinin “Elektron sığorta” portalının yaradılması gözlənilir”, - deyə M. Abdullayev bildirib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL