Lobbiçiliyə ən çox pul ayıran İT şirkəti hansıdır?
ABŞ Konqresinin Nümayəndələr Palatasına daxil olmuş sənədlərə əsasən, 2014-cü ildə “Apple” korporasiyası ABŞ-ın dövlət strukturlarında öz maraqlarının lobbiçiliyi üçün təxminən 4,1 milyon dollar xərcləyib ki, bu da 2013-cü illə müqayisədə 18 faiz yüksəkdir. 2006-cı ilədək “Apple” lobbiçiliyə ildə 1 milyon dollardan çox xərcləməyib.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə “Google” şirkəti ABŞ-ın Konqresində lobbiçiliyə 16.83 milyon dollar xərcləyib. Vergi, kibercinayətkarlıq və fərdi məlumatların mühafizəsi üzrə məsələlərdə öz maraqlarını təşviq edən “Google”, həmçinin hesabat dövründə səhiyyə sahəsinə maraq göstərib.
2014-cü ilin nəticəsinə görə, “Microsoft” korporasiyasının lobbiçiliyə xərcləri 8,3 milyon dollar təşkil edib. Eyni zamanda “Facebook” sosial şəbəkəsi xərclərini 9,34 milyon dollaradək artırıb. Şirkət istifadəçi məlumatlarının məxfiliyini qorumaq, informasiya təhlükəsizliyi və əqli mülkiyyət hüquqlarının müdafiəsi, həmçinin vergi məsələləri və rəqabət qabiliyyətinin saxlanılması kimi məsələlər üzrə öz maraqlarını təşviq edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL