Azərbaycan İnvestisiya Forumunda rəqəmsal əsrdə innovasiya və telekommunikasiyaların rolu müzakirə ediləcək
Bakıda martın 17-də "The Economist Events" tərəfindən təşkil edilmiş Azərbaycan İnvestisiya Forumu keçiriləcək.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksəkvəzifəli rəhbərlər, iqtisadçılar, tənzimləyicilər və dövlət qulluqçuları iştirak edəcəklər.
Forum "The Economist" jurnalının redaktoru Con Endryusun (John Andrews) sədrliyi altında keçəcək forumda aşağıdakı mövzular müzakirə olunacaq:
-
Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı
-
Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması
-
İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması
-
Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu
-
Milli artımı təmin etmək üçün təhsil və tədris
-
İdman tədbirləri: Azərbaycanın dünya arenasında mövqeyi
-
Diversifikasiya: qeyri-neft sektorunun payının artırılması
-
Müzakirələrdə bank, texnologiya, investisiya, istehsalat və təhsil sektorlarının aparıcı nümayəndələri iştirak edəcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL