waplog

Hollandiyada kibrit qutusu ölçüsündə pilotsuz uçuş aparatı yaradılıb


Hollandiyanın “TRNDlabs” şirkəti “SKEYE Nano Drone” adlı kiçikölçülü kvadrokopter (pilotsuz uçuş aparatı) istehsal edib.
 
"ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, istehsalçının rəsmi saytına əsasən, uçuş aparatının ölçüsü 4x4x2,2 sm-dir. Belə ki, dronun ölçüsü kibrit qutusundan da kiçikdir. “SKEYE Nano Drone” uçuş aparatının çəkisi 12 qramdır. Sözügedən cihaz jiroskop və akselerometrlə təchiz edilib.
 
100 milliamper/saat tutumunda akkumulyator drona quraşdırılıb, aparat 8 dəqiqə müddətində havada qala bilər, amma şirkət xəbərdarlıq edir ki, çəkisinin az olmasına görə külək qurğunu apara bilər.
 
Uçuş aparatının dəstinə “USB” kabeli daxildir. Cihazın başlanğıc qiyməti 59 dollardan başlanır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL