waplog

956 poçt şöbəsi və 40 agentliyin vahid şəbəkəyə qoşulması təmin edilib


“Azərpoçt” MMC  “Maliyyə Xidmətlərinin İnkişafı” Layihəsi üzrə nəzərdə tutulan poçt şöbələrinin mərkəzi serverə tam olaraq qoşulmasını təmin etmək üçün tədbirlər həyata keçirir.

Müəssisədən verilən məlumata görə, 956 poçt şöbəsi və 40 agentliyin vahid şəbəkəyə qoşulması təmin edilib. Bakı şəhəri üzrə 138 PŞ, rayon poçt şöbələri üzrə isə 818 PŞ-nin vahid şəbəkəyə qoşulması avtomatlaşdırılıb.
 
Bunlardan da 70 ədəd kənd poçt şöbəsi “Azercell Telekom” MMC-nin “3G” xidmətinə və  128 ədəd kənd poçt şöbəsi isə “Aztelekom” İB-nin xDSL şəbəkəsi üzərindən 1Mbps sürəti ilə (data xidmətinin ötürülməsi) “Azərpoçt” MMC-nin mərkəzi serverinə qoşulması təmin olunub.
 
Qeyd edək ki, poçt şöbələrinin “Azərpoçt” MMC-nin kompüter şəbəkəsinə çıxışı “Azdatakom” şəbəkəsi vasitəsilə təmin edilir.
 
RƏVAN 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL