waplog

Yüz il əvvəl ilk transqitə telefon zəngi edilib


Yanvarın 25-də dünya kommunikasiya sahəsində baş verən əlamətdar hadisədən yüz il ötüb. Belə ki, 1915-ci ildə ilk transqitə telefon zəngi edilib.

Telefoniyanın banilərindən və “Bell Labs” şirkətinin təsisçilərindən biri Aleksandr Qreyam Bell Nyu-Yorkda San-Fransiskoda olan köməkçisi Tomas Vatson ilə rabitə əlaqəsi yaradaraq onunla danışıb. Tarixi hadisə məxsusi olaraq Panama Sakit okean beynəlxalq sərgisi üçün hazırlanıb.
 
1915-ci ildə zəngi həyata keçirmək üçün marşrut üzrə stansiya operatorlarının lazımi qoşulmaları əllə etmələrinə görə 10 dəqiqə lazım olub. Rabitə eyni anda yalnız bir zəngi dəstəkləyə bilən və uzunluğu 11 min km olan mis naqillərlə qurulub. Danışıq müddəti 3,5 saat davam edib və qitənin digər sonunda olan insanın səsini eşidən sərgi iştirakçılarında böyük təəssürat oyadıb.
 
Danışıqdan sonra sərgi iştirakçıları bir neçə gün ərzində özləri zəng etmək imkanından yararlanıblar. Bu hadisədən sonra kommersiya telefon rabitəsi xidməti rəsmən istifadəyə verilib.
 
Üç dəqiqəlik zəngin qiyməti 20,7 dollar təşkil edib ki, bu da hazırkı qiymətlərdə 485 dollara bərabərdir, - "IT Expertyazır.  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL