waplog

İkinci qrant müsabiqəsinin qalibləri müəyyən edilib


İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, iclasda fondun elan etdiyi 2-ci qrant müsabiqəsinə yekun vurulub.

İnnovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması (tətbiq sahələri: e-ticarət, e-xidmətlər, mobil həllər, istehsal yönümlü yeni məhsullar və texnologiyalar, xidmətlər) mövzusunda keçirilən 2-ci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunub.

İlkin və kompleks ekspertizadan keçən 62 layihə Fondun Müşahidə Şurasına təqdim olunub.
 
Müşahidə Şurası tərəfindən 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Qaliblər arasında “AZE_DataMiner”, “tacirlink.az”, “SoSmart”, “MUZEYCARD”, “Sizinmarket.az”, “e-Hesabat”, “investbaku.az”, “Mobil oyunun hazırlanması”, “Azərbaycanda Virtual server VPS/VDS” – Serverlərin icarəsi xidməti VPS/VDS (Virtual Private Server/ Virtual Dedicatd Server), “Online Kurs Sistemi”, “Shopera.az”, “Bakı şəhərinin CİS əsaslı elektron xəritəsinin veb və mobil xidmətlərinin yaradılması”, “Məsafədən idarə olunan çoxfunksionallı smart qurğu”, “Kitab-app”, “GeoSatLink”, “D-təhsil”, “StayTuned.az”, “Milli tədris resursları portalı”, “Whatto”, “Trafikin optimal idarə olunması”, “SeSViD”, “Getonline.az”, “OPERA”, “EduPort”, “Yolçu”, “İ.İ.S. İnteqrasiya İnformasiya Sistemi”, “Xərcim.az”, “AzeriTour Soft”, “Findout”, “HavaNet” layihələrini qeyd etmək olar.
 
Ümumilikdə layihələrin həyata keçirilməsinə 300 min manatdan yuxarı vəsait ayrılıb.
 
Aynur Vəliyeva 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL