Hər saat 34 min “iPhone” satılıb
“Apple” saytında dərc edilmiş sənədlərə əsasən, şirkət 2014-cü ilin sentyabr-dekabrında 74.5 milyon “iPhone” smartfonu satıb ki, bu da 2013-cü illə müqayisədə 46 faiz çoxdur.
Ötən il sentyabrın 19-da bazara çıxarılmış “iPhone 6” və “iPhone 6 Plus” smartfonlarının ilk satışları nəticəyə təsir edib. Şirkətin məlumatına görə, hər saatda təxminən 34 min “iPhone” satılıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple”ın rüblük gəlirinin 69 faizi “iPhone”un payına düşüb. “iPhone” smartfonunun orta pərakəndə satış qiyməti 687 dollar təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 50 dollar yüksəkdir.
Eyni zamanda, “Apple”ın maliyyə direktoru Luka Maestri “Reuters” agentliyinə müsahibədə “alma” şirkətinin Çində daha çox “iPhone” smartfonu satdığını təkzib edib. Amma yeni “iPhone” smartfonlarının Çində populyarlığı şübhəsizdir. Maestri, həmçinin bildirib ki, “Apple” şirkəti Sinqapur və Braziliyada “iPhone”un satış həcmini iki dəfə artırmağa nail olub.
Həmçinin “Mac” kompüterlərinin satışı artıb: hesabat rübündə şirkət təxminən 5,5 milyon qurğu satıb. 2013-cü ilin müvafiq dövründə bu göstərici 4.8 milyon olub.
Fərdi kompüter bazarının satış həcminin azalmasına baxmayaraq, “Apple” kompüterlərinin satışı sabit artır.
Ancaq “iPad” planşetlərinin satış həcmi dördüncü rüb ardıcıl azalır. “Apple” dekabrın 27-də bitmiş rüb ərzində 21,4 milyon planşet satıb ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,6 milyon daha azdır. Yeni “iPad Air 2” və “iPad mini 3” qurğularının hesabına şirkət mənfi tendensiyanı aradan qaldırmağa nail olmayıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL