waplog

Yaponiya istehsalçısı mobil bölmənin min əməkdaşını ixtisar edəcək


Yaponiyanın “Sony” şirkəti yaxın vaxtlarda effektivliyin artırılması və xərclərin azaldılması məqsədilə mobil bölmənin minədək əməkdaşını ixtisar etməyi planlaşdırır. Bu barədə şirkət əməkdaşları bildiriblər.
 
İxtisarların “Sony”nin Çin, ABŞ və Avropa İttifaqı ölkələrində yerləşən nümayəndəliklərində çalışan əməkdaşlara şamil olunacağı gözlənilir. Bununla Yaponiya istehsalçısının smartfon və planşet kompüterlərə cavabdeh bölməsinin əməkdaşlarının sayı 5 minədək azaldılacaq. “Sony” nümayəndələri ümid edirlər ki, görülən tədbirlər bölmənin 2017-ci ildən yenidən mənfəətlə işləməsinə imkan verəcək.
 
ABŞ-ın “Apple Inc.” və Cənubi Koreyanın “Samsung Electronics” şirkətləri ilə rəqabətin sərtləşməsi fonunda mobil qurğular bazarında uğursuzluq “Sony”nin 2014-cü ilin iyul-sentyabrı üçün dərc edilən rüblük hesabatını korlayıb. Belə ki, hesabatda şirkət 136 milyard yen məbləğində (cari məzənnə ilə 1,15 milyard dollar) itki ilə üzləşməsi barədə məlumat verib. Bununla yanaşı, “Sony”nin mobil bölməsinin itkiləri 172 milyard yen (1,46 milyard dollar) təşkil edib.
 
Bundan əvvəl istehsalçı 2014-cü maliyyə ili (2015-ci il martın 31-də başa çatacaq) üçün dünyada satılan smartfonların sayı ilə bağlı proqnozunu 43 milyon ədəddən 41 milyon ədədədək azaltmaq məcburiyyətində qalıb, - “TASSyazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL