“Motorola” Çin bazarının bir hissəsini əldə etmək niyyətindədir
Çin bazarının gələcək inkişafı üçün nikbin həll kimi Çinin "Lenovo Group Ltd" şirkətinin "Google Inc"dən 2,9 milyard dollara mobil qurğu istehsalçısı "Motorola"nın alınmasını hesab etmək olar.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Lenovo"nun üç ay öncə bağladığı razılaşma onu fərdi kompüter istehsalçısından smartfon bazarının "Samsung Electronics" və "Apple Inc." ilə rəqabət aparan iştirakçısına çevirib.
"Çin bazarı çox böyükdür və bizim bu bazarda payımız var, lakin biz uğurla bu bazarın bir hissəsini əldə edəcəyimizə inanırıq", - deyə "Motorola Mobility"nin prezidenti Rik Osterlox bildirib.
"Motorola" premium smarfonlar bazarında "Apple", "Samsung" və "Xiaomi Inc" ilə rəqabət aparacaq. "Lenovo" bu gün Çində smartfon istehsalına görə ikinci yerdədir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL