waplog

Azərbaycanda daha iki bank elektron arayışın tətbiqinə başlayıb


Ölkənin daha iki bankı “Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə elektron arayışlardan istifadə üzrə əməkdaşlığa start verib.

Mərkəzdən verilən məlumata görə, “AGBank” və “Rabitəbank” kredit əməliyyatlarının aparılması prosesində elektron arayışların tətbiqinə başlayıblar.

Qeyd edək ki, artıq ölkənin əsas bankları bu arayışlardan istifadəni öz işinin tərkib hissəsinə çevirib. Hazırda bir neçə bank və kredit təşkilatı daxili işlərin sadələşdirilməsi, müştəri rahatlığının təmin olunması məqsədilə operativ vasitə olan elektron arayışlardan istifadə edir.

CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL