“iWatch” “ağıllı” saatlarının tədarükünə apreldə başlanılacaq
Cari ilin aprelində “Apple” şirkətinin yeni “iWatch” “ağıllı” saatlarının tədarükünə başlanılacaq. Bu haqda korporasiyanın direktoru Tim Kuk bildirib.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, qurğu 2014-cü ilin sentyabrında təqdim edilib. “Ağıllı” saatların ən aşağı satış qiyməti 349 dollar təşkil edəcək. “iWatch” smart saatlarının iki modeli (yığcam və daha böyük) əlçatan olacaq. Sözügedən smart saatlar üç stildə təqdim olunacaq: standart, idman və qızılı.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “iWatch” “ağıllı” saatları “Apple”ın başqa qurğuları ilə sinxronlaşacaq. “Ağıllı” saat sahibləri qurğunu simsiz enerji ilə doldura biləcək, cihaz, həmçinin sahibinin hərəkət sürətini ölçmək üçün ötürücü və jiroskopla təchiz edilib. Ekranın sapfir örtüyü onu cızıqlardan qoruyur.
“iWatch” “ağıllı” saatları “HomeKit” platformasının köməyi ilə məişət kompüter qurğuları ilə qarşılıqlı əlaqədə ola bilər.
“Apple” noutbuk və “Mac” masaüstü kompüterlərini, “iPhone” və “iPad” qurğularını istehsal edən ABŞ şirkətidir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL