waplog

2015-ci il üçün Dünya İqtisadi Forumunun müəyyənləşdirdiyi qlobal risklər


Dünya İqtisadi Forumu növbəti 10 il üçün bütün dünyada cəmiyyətin üzləşə biləcəyi potensial təhlükələr barədə “Qlobal risklər” hesabatını açıqlayıb. 

Hesabatda iqtisadi böhrandan iqlim dəyişikliyinədək təsvir oluna biləcək istənilən növ risklər təhlil edilib və risklər arasındakı əlaqələr qiymətləndirilib. 
 
Qeyd edək ki, 28 qlobal risk 5 kateqoriyada təsvir olunub: iqtisadi, ekoloji, sosial, geosiyasi, texnoloji.  Forumun 900 üzvünün ötən il keçirdiyi anketə əsasən, gözlənilən risklər arasında dövlətlər arasındakı problemlər, işsizlik, təbii fəlakətlər, su ehtiyatlarının çatışmazlığı, iqlim dəyişikliyinə adaptasiya olunma problemləri, məlumatların qanunsuz yollarla ələ keçirilməsi, kiberhücumlar kimi risklər yer alıb.
 
"ICTnews" elektron xəbər xidməti Elektron Təhlükəsizlik Mərkəzinin rəsmi saytına istinadən bildirir ki, hesabata əsasən, 2015-ci il əvvəlki illərdən fərqlənir. Böyük informasiya axını artıq dünyada mübarizə və müharibə yollarını dəyişib. Hesabatda texnoloji risklər arasında kiberhücumlar (23,3 faiz) birinci pilləni tutub. Bu kateqoriya üzrə növbəti texnoloji risk məlumatların ələ keçirilməsidir. Eyni zamanda hesabatda qeyd olunur ki, bu cür risklər dünya ölkələrinin əksəriyyətinin hazırlıqsız olduğunu göstərir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL