Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “TeliaSonera” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “TeliaSonera” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb. Şirkətin vitse-prezidenti, dövlət və ictimaiyyətlə əlaqələr üzrə qrupun rəhbəri Kell Lindstrem, şirkətlər qrupuna daxil olan “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinin icraçısı Vahid Mürsəliyev, şirkətin texniki direktoru Mikael Forsberq ilə keçirilən görüşdə ölkəmizdə mobil rabitə sektorunun inkişafı, o cümlədən bu sahədə texniki məsələlər, şirkətlə gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə edilib.
Görüşdə “TeliaSonera”-nın Azərbaycanda fəaliyyəti, “Azercell Telekom”-un mobil rabitə sektorunda qazandığı nailiyyətlər, həyata keçirdiyi xidmətlər, o cümlədən “3G” və “4G” yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında ətraflı məlumat verilib.
Mobil sektorda internet və innovasiyalara artan tələbata diqqət çəkən nazir Əli Abbasov müştərilərə rahat və effektiv ünsiyyət üçün mobil rabitə xidmətlərinin keyfiyyətinin daha da artırılması, yeni xidmətlərin tətbiqinin genişləndirilməsi, həmçinin “Azercell”-in təqdim etdiyi LTE texnologiyalarının gələcəkdə ucqar yaşayış məntəqələrinə qədər çatdırılmasının vacibliyini bir daha nəzərə çatdırıb. Xüsusən qarşıdan gələn əlamətdar tarix - “Bakı 2015” I Avropa Oyunları zamanı keyfiyyətli rabitə xidmətlərinin təmin edilməsi ilə bağlı mobil sektorun üzərinə də müəyyən vəzifələrin düşdüyünü xatırladan nazir davamlı, dayanıqlı, etibarlı və yüksək keyfiyyətə malik şəbəkənin qurulması istiqamətində işlərin gücləndirilməsini vacib sayıb.
Görüşdə, həmçinin “Azercell Telekom” MMC-nin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi üçün əlavə tədbirlərin görülməsi, innovativ texnologiyaların, səmərəli xidmətlərin tətbiqi və təşkili işlərinin davam etdirilməsi ilə bağlı təkliflər müzakirə olunub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL