Azərbaycanda “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 269 cinayət açılıb
Cinayətlərin profilaktikasında, açılmasında, zərərçəkmiş şəxslərin hüquqlarının, həyat və sağlamlığının müdafiəsində müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Daxili İşlər Nazirliyində 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən nazir Ramil Usubov səsləndirib.
Onun sözlərinə görə, təkcə “102” xidmətinə daxil olan məlumatlar üzrə görülmüş çevik cavab tədbirləri ilə 2013-cü illə müqayisədə 47 faiz çox və ya 11.706 hüquqazidd əməlin qarşısı alınıb. “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 269 cinayət açılıb, 12.771 yol-nəqliyyat hadisəsi və piyadaların vurulması faktı aşkarlanıb, axtarışda olan 139 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə 600 minə yaxın sorğu cavablandırılıb.
R.Usubov əlavə edib ki, respublika üzrə daha 260 nöqtədə 1167 kamera quraşdırılaraq müvafiq texniki vasitələrin sayı 2039 nöqtə üzrə 8085 vahidə çatdırılıb (Bakı şəhərində 1356 nöqtədə 4224). Bütövlükdə cinayətlərin açılması yüksək olmaqla 80,7 faiz təşkil edib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL