Bill Qeyts xarici dil bilmədiyini etiraf edib
“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts xarici dil bilmədiyini etiraf edib. O, “Reddit” xidmətinin istifadəçiləri ilə ünsiyyət zamanı bu haqda deyib.
"Mən özümü axmaq kimi hiss edirəm, çünki heç bir xarici dili bilmirəm. Məktəbdə latın və yunan dillərini öyrənmişəm. Nəticədə mənim söz ehtiyatım zənginləşib, amma mən fransız, ərəb və ya Çin dillərini bilmək istəyərdim" – Qeyts deyib.
O, həmçinin bildirib ki, bu dillərdən birini (çox güman ki, fransız dilini) öyrənmək üçün vaxt tapmağa ümid edir. Qeyts deyib ki, o, “Duolingo” xidmətinin köməyi ilə dili öyrənməyə çalışıb, amma bunu müntəzəm etməyib.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Facebook”un direktoru Mark Zukerberq Çin dilində sərbəst danışır.
Bill Qeyts dünyanın ən zəngin insanlarından biridir. Onun varidatı 80 milyard dollara yaxındır. O, “Microsoft”un idarəçiliyində daha iştirak etmir və ötən il şirkətin direktorlar şurasının sədri vəzifəsini tərk edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL