waplog

“Nokia” “İntel”in planlarını alt-üst etdi


Veb-mənbələrin məlumatına əsasən, “İntel” korporasiyası “MeeGo” proqram platformasının inkişafını dayandıra bilər.

Məlumat üçün qeyd edək ki, “MeeGo” əməliyyat sistemi 2010-cu ilin fevral ayında “İntel” və “Nokia” şirkətləri tərəfindən “Mobile World Congress” sərgisində təqdim edilib. “MeeGo” əməliyyat sisteminin smartfon, noutbuk, planşet kompyuter, netbuk və digər qurğularda tətbiq olunacağı gözlənilirdi.

2011-ci ilin fevral ayında “Nokia” şirkətinin üstünlüyü “Windows Phone 7” ilə olan qurğulara verməsindən sonra “İntel” korporasiyası “MeeGo” layihəsindən imtina etməyə hazırlaşmadığını bildirmişdi. O zaman “İntel” şirkəti “MeeGo” layihəsinin sonrakı inkişafı və bu platformada qurğuların çıxarılışı üçün yeni partnyor tapa biləcəyindən əmin idi.

Lakin indi bildirilir ki, smartfon və planşet istehsalçılarının “MeeGo” layihəsinə olan zəif marağına görə layihə, ola bilsin ki, dayandırılsın.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL