waplog

Milli İnnovasiya Sisteminin formalaşdırılması prosesi davam etdirilir


Radiasiya Problemləri İnstitutu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində “Radiasiyalı Texnologiyaların imkanlarının genişlənməsi - sterilizasiya məqsədli güclü qamma-şüalanma kompleksi”nin yaradılması üzrə layihə həyata keçirir.
 
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, akademik Akif Hacıyev məlumat verib. Akademiyadan bildirilib ki, akademik “Sənaye ili”ndəki uğurlardan danışıb.
 
Qeyd edib ki, xarici şirkətlərin nümayəndələri Bölmə institutlarında son illərdə yaradılmış innovasiya yönümlü real tətbiqi əhəmiyyətli layihələrlə yaxından tanış olublar. Həmçinin innovativ layihələrin seçilməsi və müvafiq investisiyaların cəlb edilməsi üçün təkliflərin hazırlanmasına dair müzakirələr aparıblar: “Həmçinin yerli mütəxəssislərin innovativ təkliflərinin sənaye sektorunda təşviqi məqsədi ilə dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqi Qrupu yaradılıb”.
 
 
Akademik-katib “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə icra olunmuş tədbirləri də diqqətə çatdırıb. O, elmin maddi-texniki bazasının və informasiya təminat sisteminin təkmilləşdirilməsi, elmin maliyyələşdirilməsi işində diversifikasiyanın aparılması, elm və istehsal arasında əlaqələrin gücləndirilməsi, tətbiqi elmdə həyata keçirilən araşdırmaların bazarın tələblərinə uyğunlaşdırılması istiqamətlərində görülən işlərdən danışıb. Vurğulayıb ki, Milli İnnovasiya Sisteminin formalaşdırılması prosesində xarici ölkə və yerli vençur şirkətlərinin nümayəndələri institutlara dəvət olunub, onlara son illərdə yaradılmış innovasiya əhəmiyyətli layihələr barədə məlumatlar verilib, investisiyaların cəlb edilməsi üçün müzakirələr aparılıb.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL