waplog

“HTC Desire 526G+ Dual SIM” smartfonu nümayiş etdirilib


Tayvanın “HTC” şirkəti “Desire” istehsal xəttinə “526G+ Dual SIM” modelini əlavə edib. Ucuz aparat güclü prosessor və keyfiyyətli kamera ilə təchiz edilib.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “HTC Desire 526G+ Dual SIM” modeli 960x540 piksel təsvir ölçülü 4,7 düymlük ekranla təchiz edilib. Prosessorun istehsalçısı naməlumdur.
 
Aparat, həmçinin 1 QB əməli və 8/16 QB daxili yaddaş, 2000 milliamper/saat tutumunda akkumulyator batareyası, “3G”, “Wi-Fi b/g/n”, “Bluetooth 4.0” və “GPS” simsiz rabitə modulları ilə təchiz edilib.
 
Əsas kamera 8 meqapiksel matrislidir, işıq diodu işıqlandırıcısı və “Full HD” formatında video çəkilişi funksiyasına malikdir. Ön 2 meqapiksellik kamerası “HD” formatında çarxlar çəkə bilir.
 
Qurğunun ölçüləri 139,8x69,65x9,8 mm, çəkisi 154 qramdır. Qurğuya “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb. Telefon eyni zamanda iki aktiv SİM kart dəstəkləyir.
 
“HTC Desire 526G+ Dual SIM” smartfonu Hindistanda təqdim edilib və ilk öncə məhz orada satılacaq. Aparatın satış dəyəri 169 dollar təşkil edəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL