waplog

“Nokia” özünə gəlir


2014-cü ilin son rübünün nəticəsinə görə, Finlandiyanın “Nokia” telekommunikasiya avadanlığı istehsalçısının xalis mənfəəti 12 faiz artaraq 356 milyon avro təşkil edib. 1 il bundan əvvəl bu göstərici 317 milyon avro olub.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hesabat dövründə “Nokia”nın gəliri 9 faiz, yəni 3.4-dən 3,8 milyard avroyadək artıb.
 
Əməliyyat gəliri 28 faiz artaraq 524 milyon avro təşkil edib.
“Nokia” – Finlandiyanın transmilli şirkətidir, mobil, stasionar, genişzolaqlı və IP şəbəkələri üçün telekommunikasiya avadanlığı istehsalçısı, “HERE” xəritə xidmətinin yaradıcısıdır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL